"Xəzər Lənkəran"ın Antaliyadakı düşərgəsinə yeni oyunçu gəlib. Siasport.az saytının məlumatına görə, baxışa gələn 28 yaşlı ispaniyalı Alvaro Silva Linares bu gün komandanın səhər məşqinə də qatılıb.
Alvaro Silva Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın "Malaqa", daha sonra icarə əsasında "Xerez" klubunda, 2009-2011-ci illərdə İspaniyanın "Cadiz" klubunda və 2011-2012-ci illərdə Rumıniyanın "Petrolul Ploesti" klubunda oynayıb. Alvaro Silva Linaresin son çıxış etdiyi klub "Xerez" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB