Şahmatçılarımız heç-heçə etdilər

Şahmatçılarımız heç-heçə etdilər

İspaniyanın Sevilya şəhərində şahmat üzrə 38-ci beynəlxalq turnir davam edir. Siasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan şahmatçısı Azər Mirzəyev ukraynalı Ruslan Pogorelov ilə, digər idmançımız Bəhruz Rzayev isə İspaniya təmsilçisi Erminio Errais ilə heç-heçə oynayıb.
Beşinci turun nəticələrinə görə, hər iki şahmatçımızın hesabında 4 xal vardır. Bu nəticə ilə A.Mirzəyev yeddinci, B.Rzayev isə doqquzuncu yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə