Joze Mourinyonun ardınca "Barselona"nın keçmiş baş məşqçisi Xose Quardiola da məşqçilik karyerasını İngiltərədə davam etdirmək istəyir. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, katalon klubunda böyük uğurlar qazanmış bacarıqlı mütəxəssis İngiltərə Futbol Federasiyasının 150 illik yubiley tədbirlərində iştirak etmək üçün yollandığı Londonda ingilis jurnalistlərə bir sıra açıqlamalar verib. O bildirib ki, ingilis futbolu daima onun diqqətini özünə cəlb edib: "Futbolçu kimi İngiltərə Premyer Liqasında oynaya bilmədim. Amma məşqçi kimi orada olmaq, əsl futbol həyəcanını yaşamaq istərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB