Astara Olimpiya İdman Kompleksində idmanın kikboksinq növü üzrə respublika turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə üç yaş qrupunda ölkəmizin şəhər və rayonlarını təmsil edən 175 idmançı müxtəlif çəki dərəcələrində qalib adı uğrunda mübarizə aparıb. Astaralı idmançılar respublika turnirində uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar.
Qaliblərə turnirin medalları, diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB