Antalyada təlim-məşq toplanışında olan "Xəzər Kənkəran"ın düşərgəsinə bu gün daha üç futbolçu gəlib. Siasport.az saytının məlumatına görə, komandaya qoşulan Kamran Abdullazadədən başqa, heyətə təzə transfer olunan Uğur Pamuk və klubun yetirməsi, U-17 milli komandanın əsas hüçumçusu Elnur Cəfərov da qoşulub.
Digər futbolçu isə baxışa gələn xorvat qapıçı İvan Çoviçdir. 22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB