"Bakı" mötəbər turzim sərgisində

"Bakı" mötəbər turzim sərgisində

"Bakı" futbol klubu 30 yanvar - 3 fevral 2013-cü il tarixlərində İspaniyanın paytaxtında keçiriləcək 33-cü FUTUR Beynəlxalq Turizm sərgisində iştirak edəcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı, idman sektoru da təmsil olunacaq.
Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılacaq.
"Bakı" və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan şərtlərdən yararlanan paytaxt təmsilçisi bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək. "Atletiko" futbolçuları təyin olunan saatlarda sərgidə futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr edəcəklər.
FUTUR sərgisi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanı deyil, eyni zamanda bütün iş dünyasını maraqlandırır. Ötən il sərgini 54 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu günədək sərgiyə 167 ölkədən 9567 şirkət və dövlər strukturu qatılıb. Ötən il FUTUR sərgisini 140 min Madrid sakini və şəhərin qonaqları ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə