"Bakı" klubu Antalyada məskunlaşdığı "Rixos Premium" otelinin meydanında məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, əməliyyatdan sonra bərpa mərhələsi keçən kosta-rikalı hücumçu Uinston Parks xaricində bütün futbolçular məşqə qatılıblar.
Komandanın baş məşqçisi Bojidar Bandoviçin hazırlıq planına əsasən, gündə 2 dəfə məşq edən komandada əhval-ruhiyyə yüksəkdir.
Futbolçular qızınma hərəkətlərinin ardından fiziki təmrinlər üzərində çalışıblar. Məşqin ikinci hissəsi toplu hərəkətlər üzərində qurulub. İki qrup halında çalışan futbolçular dəyişik hərəkətləri yerinə yetirərək, məşğələləri qapıya zərbələr endirməklə başa çatdırıblar.
90 dəqiqəlik məşqə düşərgəyə dəvət alan ruminiyalı futbolçu da qatılıb. Mərkəz müdafiəçisi ampluasında çıxış edən Klaudio Vikunun son klubu Moldova "Daçia"sı olub. Rumın futbolçu bir neçə gün baxışda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB