"Argentina Condors" - "Baku Fires": heyətlər məlumdur

"Argentina Condors" - "Baku Fires": heyətlər məlumdur

Yanvarın 19-da Argentinanın Santa Klara del Mar şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçında "Argentina Condors" və Azərbaycanın "Baku Fires" komandaları qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, "Baku Fires" 12 xalla A qrupunun lideridir. Cənubi Amerika komandası isə 6 xalla qrupda 3-cü yeri tutur. Komandaların heyətləri artıq məlumdur:

"Argentina Condors" - "Baku Fires"

54 kq. Alberto Melian (Argentina) – Orzubek Şaimov (Özbəkistan)

61 kq. Ronan Sançes (Argentina) – İsa İsayev (Azərbaycan)

73 kq. Henri Polanko Ferreras (Dominikan) – Xaybulla Mursalov (Azərbaycan)

85 kq. Fakundo Nahuel Simal (Argentina) – Vladimir Çeleş (Moldova)

+91 kq. Luiz Bravo (Argentina) – Hacı Murtuzəliyev (Azərbaycan)

Komandamız Bakıda keçirilən görüşdə Argentina klubunu 5:0 hesabı ilə məğlub etmişdi. Həmin görüşdə rinqə çıxanlardan Xaybulla Mursalov və Hacı Murtuzəliyev yenidən "Baku Fires"in şərəfini qoruyacaq. Mursalov bu dəfə meydan sahiblərinin yeganə legioneri - dominikanlı Henri Polanko Ferrerasla üz-üzə gələcək. Hacı Murtuzəliyev isə Luiz Bravo ilə qarşılaşacaq. "Argentina Condors"da isə "Sərhədçi"də rinqə çıxanlardan Alberto Melian və Fakundo Nahuel Simal döyüşəcək. Xatırladaq ki, hər iki boksçu Bakıda məğlubiyyətlə üzləşmişdi. Rəqib komandada 61 kq çəki dərəcəsində Ronan Sançes debüt edəcək.

Turnir cədvəli:

1. "Baku Fires" - 12 (4 görüş)

2. "Mexico Guerreros" - 12 (5)

3. "Argentina Condors" - 6 (4)

4. "Poland Hussars" - 6 (5)

5. "Rusiya" - 4 (3)

6. "Desert Hawks" - 3 (5)

Bu həftə A qrupunda bir görüş keçiriləcək. Yanvarın 18-də "Poland Hussars" doğma divarlar arasında "Mexico Guerreros"u qəbul edəcək. "Desert Hawks" - Rusiya qarşılaşması fevralın 15-ə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə