Madrid "Real"ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo yenə sensasiya dolu açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, son günlər Madrid klubundan ayırlacağı ilə bağlı söz-söhbət gəzən portuqaliyalı mütəxəssis bu dəfəki açıqlaması ilə bu şaiyələrə bir qədər də güc vermiş olub. Belə ki, ispaniyalı həmkarlarımızla söhbət edən J.Mourinyo bildirib ki, gələcəkdə mütləq futbol üzrə İngiltərə Premyer Liqasına qayıdacaq: "Buna adım kimi əminəm. Çünki ingilis futbolu tamam başqa bir auradır. Burada yüksək mədəniyyət və böyük ənənəsi olan futbol mövcuddur. Burada futbolun gerçək ləzzitini duyursan. Orada yaşadıqlarım ən əziz günlərimin xatirəsidir",-deyə J.Mourinyo fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB