"Şəfa" stadionunda təlim-məşq toplanışına start verən "İnter"in əvəzedici komandası ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Siasport.az saytının məlumatına görə, "Neftçi" PFK-nin U-17 komandası ilə üz-üzə gələn "İnter" rəqiblə heç-heçə edib - 1:1. "İnter"in heyətində Bilal Qəmbərov fərqlənib.
Qeyd edək ki, bu oyuna "İnter"in baş məşqçisi Tofiq Mustafayev eksperimental heyət buraxıb. Meydanda əsasən baxışda olan futbolçular və "İnter" UGFM-nin oyunçuları mübarizə aparıb.
Xatırladaq ki, növbəti yoxlama görüşündə "İnter" "Rəvan" klubunun əvəzediciləri ilə qarşılaşacaq. Bu matç yanvarın 20-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB