"Xəzər Lənkəran" dünən Antalyada axşam məşqinə saat 17:00-da çıxıb. Siasport.az saytının məlumatına görə, komanda isinmə hərəkətlərinə kvadrat və digər tapşırıqların yerinə yetirilməsi ilə başlayıb və bu proses təxminən 20 dəqiqə davam edib. Daha sonra futbolçular iki komandaya bölünərək aralarında oyun keçiriblər.
Məşqin davamında futbolçular məşqçi köməkçisi Erik Roketanın mürəkkəb və fiziki baxımdan ağır tapşırıqlarını yerinə yetiriblər. Qapıçılarla iş üzrə çalışdırıcı Hafiz Əliyev gənc qolkiper Orxan Sadıqlını məşq etdirirb. Daha sonra Hafiz Əliyev məşqçi köməkçisi Emin Quliyevlə birgə Orxanı top atəşinə tutaraq, qapıçının kifayət qədər yüklənməsinə nail olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB