Uğur Pamuk “Xəzər Lənkəran”da RƏSMİ AÇIQLAMA

"Xəzər Lənkəran" Uğur Pamukun transferini rəsmiləşdirib. Siasport.az saytının məlumatına görə, futbolçu ilə iki illik müqavilə imzalanıb.

1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu "Arminiya" klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.

2008-ci ilin yayında aşağı dəstə təmsilçisi "TuS Dornberq"ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu - 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub. 2012-ci ilin yanvarından Uğur "Sumqayıt"ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə