Uesli Şneyderin xanımı: "Çirkin oyunlar gedir"

Uesli Şneyderin xanımı: "Çirkin oyunlar gedir"

İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunacağı gözlənilən hollandiyalı ulduz futbolşu Uesli Şneyderin xanımı Yolante Kabau, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, xanım Y. Kabau italyan jurnalistlərin həyat yoldaşının "Qalatasaray"a transferi ilə bağlı suallarını cavablandırarkən şok iddia irəli sürüb. O bildirib ki, U.Şneyderin "Qalatasaray"a transferi ətrafında çirkin oyunlar gedir. Bu barədə daha açıq danışmada da, o bu transfer ətrafındagı gərginlik yaradanları, havaxtsa baxdığı filmdəki çirkin obrazlarla müqayisə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə