"Qarabağ" klubu transfer fəaliyyətinə başlayıb. Siasport.az saytının məlumatına görə, bütün mövqeləri gücləndirməyi planlaşdırır Ağdam təmsilçisi Kristian Torresi heyətinə qatıb. 2009-cu ildən ölkəmizdə çıxış edən 27 yaşlı futbolçu ön xəttdə universallığı ilə diqqət çəkir. Torreslə 1,5 illik müqavilə bağlanılıb. Kristian transferi ilə açılama verib: "Qarabağ" kimi iddialı komandaya gəldiyimə görə məmnunam. Azərbaycana ilk gəldiyim gündən "Qarabağ" göstərdiyi futbolla diqqətimi cəlb edib. Texnikalı oyuna üstünülk verən komanda mənim də oyun üslubuma uyğundur. "Qarabağ" daim iddialı olub. Bilirəm ki, bu komanda çempionluğa oynayır. Çalışacağam ki, yeni komandamın hədəfinə çatması üçün ən yaxşısını edim".
"Qarabağ" Torreslə yanaşı, "Rəvan"dan daha bir futbolçunu transfer edib. 22 yaşlı Elvin Musazadə ilə də 1,5 illik müqavilə bağlanılıb. Elvinin "Qarabağ"da ilk təəssüratları belə olub: "Qarabağ" ölkənin köklü klublarından biridir. Bu klub daim azərbaycanlı futbolçulara üstünük verir. Baş məşqçinin yerlilərə güvənməsi bizim üçün yaxşı bir şansdır. Daim gənclərə şans verən Qurban müəllimin başçılığı altında daha da artıracağımı düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB