Bu gün "Bakı" futbol klubunun A komandası iki həftə ərzində təlim-məşq toplanışı keçiriləcək Antalyaya yollanıb. Siasport.az saytının məlumatına görə, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərovdan başqa tam heyətlə toplanan komanda səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrılıb.
U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplanışa dəvət alanlar arasında "Bakı"nın əvəzedici komandasının gənc üzvü Vüqar Bəybalayev də var.
Komandanı Türkiyəyə aparan təyyarə saat 14.35 radələrində havaya qalxıb. Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşan komanda sabah (15 yanvar, 2013) təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar, 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksəl olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB