"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev komandanın Antalya hazırlığı barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, komanda üçün hər bir şəraitin yaradıldığını qeyd edib: "Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Məşq keçdiyimiz "Mardan" İdman Kompleksində bunun üçün hər bir şərait yaradılıb. Hər gün 2 məşqimiz olur - səhər və axşam. Hazırlığın ilk mərhələsi əsasən fiziki tapşırıqlardan ibarətdir. İkinci mərhələdə isə daha çox taktiki-texniki məsələlərə diqqət ayıracağıq. Bir neçə gənc futbolçu da əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. Hazırlıq müddətində yoxlama oyunları da keçirəcəyik. Antalya təlimlərindən sonra komanda daha yaxşı səviyyədə olacaq. Məqsədimiz ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmaqdır. Ölkə kubokunda da eyni dərəcədə iddialıyıq. Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB