Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubu növbəti transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, "Azərreyl" italiyalı İndre Sorokaytenin ardınca Finlandiya komandasının əfsanəsi üzvü Riikka Lehtonenin də keçidini gerçəkləşdirib.
2010-2011 mövsümündə "İqtisadçı"da çıxış edən və klubun kapitanı olan 34 yaşlı oyunçu ilə mövsümün sonunadək razılıq əldə edilib. Lakin İ.Sorokaytedən fərqli, R.Lehtonenin adı hələ Avropa Voleybol Konfederasiyasına sifariş olunmayıb.
Qeyd edək ki, Super Liqanın bürünc medalını qazanan R.Lehtonen Bakıdan getdikdən sonra İtaliyanın "Pyaçentsa" və "Krema" klublarında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB