Dimitrios Sialmas və Eder Bonfim nə ilə fərqləndilər?

Antalyada keçirilən qış toplanışı çərçivəsində "Xəzər Lənkəran" bu gün ilk məşqini keçirib. Siasport.az saytının məlumatına görə, bir saat davam edən məşq komandanın məskunlaşdığı "Ela Quality Resort" otelinin təzə istifadəyə verdiyi meydançasında baş tutub. Ənənəvi yüngül qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular toplu çalışmalara keçiblər. Zədədən sonra qayıdan Dimitrios Sialmas və Eder Bonfim digər komanda yoldaşlarından fərqli olaraq fərdi bərpa proqramı üzrə məşq keçdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə