Bakı şəhər birinciliyi davam edir

Bakı şəhər birinciliyi davam edir

Respublika Şahmat Mərkəzində 1999-2000-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi davam edir. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 50 şahmatçı mübarizə aparır.
Yarışlara beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə rəhbərlik edir. Oğlanlar arasında yarışlar İsveçrə sistemi üzrə 9 turdan, qızların yarışları isə dairəvi sistem üzrə 11 turdan ibarətdir.
Birinciliyin final mərhələsi mart ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə