"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında boks üzrə ölkə çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, 2007-ci ilin dünya çempionatının bürünc medalçısı Samir Məmmədov (56 kq) finalda ötən il Neft Ölkələrinin Dünya Kuboku yarışlarında üçüncü olmuş İlkin Ağayevlə qarşılaşıb. Bərabər mübarizə şəraitində keçən döyüşdə daha təcrübəli S.Məmmədov qalib gəlib.
19 - 22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayev (60 kq) gənclər arasında dünya çempionu Şaban Şahpələngovla döyüşdə məğlub olub. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) gənclər arasında Avropa çempionu Rauf Rəhimova uduzaraq ikinci yerlə kifayətlənib.
Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov (91 kq) "Baku Fires" klubunun üzvü Abdulqadir Abdullayevlə döyüşdə növbəti dəfə Azərbaycan çempionu titulunu qazanıb
Ümumi komanda hesabında "Rabitə" birinci, "Neftçi" ikinci, "Qızıl əlcək" klubu isə üçüncü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB