"Baku Fires" yenə 5:0 hesabı ilə qələbə qazandı!

"Baku Fires" yenə 5:0 hesabı ilə qələbə qazandı!

"Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun matçında Azərbaycanın "Baku Fires" və Polşanın "Poland Hussars" komandaları qarşılaşıblar. Siasport.az saytının məlumatına görə, komandamız bu dəfə də rəqibi aşkar üstünlüklə məğlub edib - 5:0. "Baku Fires" bu mövsüm artıq ikinci "ev" oyunudur ki, 5:0 hesabı ilə qalib gəlir. Yalnız meksikalılarla Bakıdakı qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Döyüşlərin nəticələri:

"Baku Fires" - "Poland Hussars"

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Grjeqorj Kozlovski (Polşa) – 50:45, 50:45, 50:45.

61 kq. Albert Səlimov (Rusiya) – Adam Vylezol (Polşa) - 50:44, 50:44, 50:44

73 kq. Nikolay Veselov (Belarus) – David Pak (Polşa) – 50:44, 50:44, 50:44

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Sergey Radçenko (Ukrayna) – 49:46, 49:46, 49:46

+91 kq. Üzeypat İsmayılov (Azərbaycan) – Yan Sudzilovski (Belarus) (İrlandiya) – 48:47, 48:47, 48:47

Bu həftə "A" qrupunda iki görüş keçirilib. Əlcəzairdə "Desert Hawks" və "Argentina Condors"un görüşü heç-heçə nəticələnib - 2:2. Buna 61 kq çəki dərəcəsində Abdelkader Çadi (Əlcəzair) və German Benitezin (Argentina) döyüşünün bərabərliklə sonuclanması səbəb olub. "Mexico Guerreros" doğma rinqdə Rusiya komandasını 3:2 hesabı ilə məğlub edib.

Turnir cədvəli:

1. Baku Fires – 12 xal, (4 matç)

2. Mexico Guerreros – 12 (5)

3. Argentina Condors – 6 (4)

4. Poland Hussars – 6 (5)

5. Rusiya - 4 (3)

6. Desert Hawks – 3 (5)

"Baku Fires" liqada növbəti görüşünü yanvarın 19-da səfərdə "Argentina Condors"a qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə