"Bakı"nın baş məşqçisi Bojidar Bandoviç klubun internet televiziyasına müsahibə verib. Siasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis komandanın planları, təlim-məşq toplantısı və hədəfləri barədə danışıb: "Zənnimcə, oyunların əksəriyyətini yaxşı keçirmişik. Unutmayaq ki, həmin matçları hücumçusuz oynadıq və bu da bizim üçün problem yaratdı. Ələlxüsus son oyunları güclü rəqiblərlə yaxşı oynadıq. Ya qalib gəlirdik, ya da kı heç-heçə oynayırdıq. Buraxdığımız 13 qoldan 5-i penaltidən idi. Fikrimcə, onların 3-4-ü səhv qərar idi.
Mən yayda komandaya qələndə bir neçə problemlə üzləşdim. Etiraf edirəm ki, turnir cədvəlindəki yer ürəyimizcə deyil. Biz daha yüksək yerə layiqiq.
Yeni ildən sonra 3-4 gündür ki, bir yerə yığışmışıq. Futbolçuları bəzi testlərdən keçirmişik ki, onların hansı vəziyyətdə olduğunu bilək. Bu nəticələrə əsasən, fiziki formalarını bərpa edəcəyik. Çalışacağık ki, çempionatın ilk oyununa onları lazımlı şəkildə hazırlaşdıraq.
Transferlərə gəldikdə, onu demək istəyirəm ki, biz artıq gecikirik və bu amil məni narahat etməyə bilməz. Bəzi oyunçular gedəcək və biz onların yerinə yeni oyunçu axtarmalıyıq ki, onlar gələcəkdə bizə faydalı olsun.
Antalyada iki həftəlik təlim keçirəcəyik. Çempionatın başlanmasına təxminən 5 həftə qalır. Bazar ertəsi Antalayaya yolə düşürük və orada 3 yoxlama oyunu planlaşdırırıq. Oyunlar zamanı çalışacağık ki, optimal heyət formalaşdıraq. Zəif nöqtələri tapıb onların üzərində çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB