"Xəzər Lənkəran" Antalyada məskunlaşıb

"Xəzər Lənkəran" Antalyada məskunlaşıb

Dünən səhər saatlarında yola çıxan "Xəzər Lənkəran" klubu iki təyyarə dəyişərək Türkiyənin Antalya şəhərinə çatıb. Siasport.az saytının məlumatına görə, İstanbul hava limanında komandaya rumın legionerlər Adrian Pit və Manuel Skarlatake qoşulub. Antalyada "Xəzər Lənkəran"ın məskunlaşdığı "Ela Quality Resort" otelində isə heyəti zədədən sonra bərpa olunan braziliyalı müfafiəçi Eder Bonfim və yeni transfer Gökhan Güleç qarşılayıb. Günorta saatlarında baş məşqçi Karles Martorell, onun köməkçisi Erik Kapilla və yunan futbolçu Dimitrios Sialmas da otelə daxil olublar. Günün sonuna qədər komandaya digər legionerlər də qoşulub. Cənub təmsilçisinin bu gün ilk məşqini keçirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə