Zeynal Məmmədov: "Çoxları paxıllıq çəkir"

Zeynal Məmmədov: "Çoxları paxıllıq çəkir"

Azərbaycanda futbolçuların qiymətinin süni qalxması barədə fikirlər tez-tez səslənir. Bu mövzuda xüsusilə "Bakı" klubunu adı hallanır. İddia olunur ki, klub oyunçulara başqalarının verdiyi puldan daha artığını təklif edir. Siasport.az saytının məlumatına görə, "Futbol+" qəzetinə müsahibə verən "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov bu məsələ ilə bağlı fikirlərini bildirib: "Onsuz da "Bakı" həmişə qınaq obyekti olub. Çoxları paxıllıq çəkir, ürəkləri partlayır. Biz futbolçunun dəyərinə uyğun maaş vermişik. Heç vaxt futbolçunu aldatmamışıq, ikili müqavilə bağlamamışıq, maaşını "yeməmişik", müqavilə bağlayanda hansı məbləğ göstərilibsə, hamısı oyunçunun özünə çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə