Andrey Pışnik: "Öz oyun fəlsəfəmizi tapdıq"

Andrey Pışnik: "Öz oyun fəlsəfəmizi tapdıq"

"Oyun barədə təəssüratlarım müsbətdir. Azlıqda qalsaq da, oyun intizamını itirmədik. Xarakter nümayiş etdirdiyi üçün futbolçulara təşəkkür edirəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları arasında keçirilmiş oyundan sonra rəqibin baş məşqçisi Andrey Pışnik deyib. Mütəxəssis komandasının hər matçdan sonra daha da inkişaf etdiyini vurğulayıb: "Tutduğumuz yeri nəzərə almasaq, oyundan-oyuna inkişaf edirdik. Avropanın güclü komandalarına qarşı kifayət qədər yaxşı oynadıq. Qarşıdakı turnirlərdə karımıza gələcək beynəlxalq təcrübə qazandıq. Bu yarışda öz oyun fəlsəfəmizi tapdıq və həmin istiqamətdə irəliləməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə