"Digər qarşılaşmalarla müqayisədə bu gün fərqli sistemlə oynamaq qərarına gəldik. Əvvəlcə bir qədər inamsızlıq oldu, lakin sonradan oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi". Siasport.az saytının məlumatına görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları arasında keçirilmiş oyundan sonra millimizin baş məşqçisi Arif Əsədov deyib. O, matçın sonuna yaxın komandamızın konsentrasiyanı itirdiyidiyini qeyd edib: "Qol şansımızdan istifadə etdik. Amma sona yaxın konsentrasiyanı itirdiyimiz üçün hesab bərabərləşdi. Son dəqiqələrdə buraxdığımız qol oyunun əsas məqamı oldu. Penalti seriyası isə lotereyadır.
Ümumilikdə, komandamdan razıyam. Ancaq təbii ki, üzərində çalışmalı olduğumuz bir çox məsələlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB