"Simurq" 2013-cü ildə ilk məşqinə çıxdı

"Simurq" 2013-cü ildə ilk məşqinə çıxdı

Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" 2013-cü ildə ilk məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Çixradze komanda ilə qısa söhbət etdikdən sonra fiziki çalışmalara başlanılıb. İki qrupa bölünən futbolçular uzun məsafəli qaçışdan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin başçılığı altında onun tapşırıqlarını yerinə yetiriblər. İkinci məşq isə daha çox topla olub. Burdada qruplara bölünən futbolçular, qısa ötürmələr üzərində çalışıblar.

Qeyd edək ki, gündə iki dəfə olmaqla hazırlıqları davam etdirən komanda səhər çalışmalarına yerli vaxtla saat 11:00-da, ikinci məşqə isə 17:00-a başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə