Millimiz Yunanıstana qarşı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. Siapsort.az saytının məlumatına görə, yığmamız 9-12-ci yerlər uğrunda oyunda Yunanıstan komandası ilə üz-üzə gələcək. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə