Bakının ən yaxşı atletləri müəyyənləşdi

Bakının ən yaxşı atletləri müəyyənləşdi

Respublika Olimpiya Mərkəzində təşkil olunmuş atletika üzrə Bakı şəhər çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq keçirilmiş çempionatda müxtəlif klubları təmsil edən 123 idmançı mübarizə aparıb. Yarış atletikanın müxtəlif məsafələrə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, yadro itələmə növləri üzrə təşkil olunub.
Kişilər arasında yarışda Eyyub Bayramov, Murad İbadullayev, Vadim Ryabixin, Vüqar Novruzov, Asəf Mehdiyev, Tofiq Məmmədov, Vladislav Burdakov, Arif Abbasov və Şimşək Əlizadə birinci yerləri tutublar. Qadınların mübarizəsində isə Yekaterina Sarıyeva, Zəkiyyə Həsənova, Səfa Məmmədova, Günel İsmayılova, Valeriya Balyanina, Adilə Məmmədli, Yekaterina Sokolova və Ülkər Qəmbərova qalib olublar.
Qaliblərə müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə