"Simurq"un iki üzvü millidə

"Simurq" Peşəkar Futbol Klubunun üzvləri Rasim Ramaldanov və İlkin Qırtımov əsas yığma komandaya dəvət olunub. Siasport.az saytının məlumatına görə, futbolçular "A" millinin yanvar ayının 29-dan fevral ayının 6-dək BƏƏ-nin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Qeyd edək ki, milli komandamız fevralın 1-də Özbəkistanla, 6-da isə Lixtenşteynlə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə