Güləşçilərimiz media önündə məşq etdilər

Güləşçilərimiz media önündə məşq etdilər

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası mətbuat üçün açıq məşq keçirib. Siasport.az saytının məlumatına görə, komandanı məşqə yeni iranlı baş məşqçi Cəmşid Xeyrabadi çıxarıb. İdmançılar ilk öncə isinmə hərətəkləri ediblər. Daha sonra isə pəhləvanlarımız fiziki hazırlıq və taktiki çalışmalar üzrə məşq ediblər.

Yeni baş məşqçi komandanı fərqli üsulda hazırlaşdırır. Qeyd edək ki, bundan öncə komandamız həftədə 3-4 dəfə məşq etdiyi halda, yeni baş məşqçi həftənin hər günü 2 dəfə məşq planlaşdırıb.

Cəmşid Xeyrabadinin açıqlamasını və məşq prosesindən fotosessiyanı saytımızda yerləşdirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə