Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Bakı şəhərində yerləşən 7 idman cəmiyyəti və klubları təmsil edən 123 idmançı (38 nəfər qadın) iştirak edib. Çempionat atletika idman növünə daxil olan 60, 200, 400, 800, 1500 m məsafəyə qaçış, 60 m sədlərlə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə təşkil olunub.
Yarışda hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB