Yarımfinalçılar bəlli oldu YENİLƏNİB

Yarımfinalçılar bəlli oldu YENİLƏNİB

"ABU Arena" İdman Kompleksində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir davam edir. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda ilk yarımfinalçılar müəyyənləşib. Turnirin yarımfinal mərhələsində Coşqun Məmmədov (50 kq) Məhəmməd Abdullayevlə, Mahir Əmiraslanov Palvonazar Yusupovla (Özbəkistan) qarşılaşacaq.
Yarışda 85 kiloqram çəki dərəcəsində yarımfinal görüşləri Cavid Sadıqov və Abdul İbrahimov (Rusiya), Orxan Həsənov və Turxan Qurbanov arasında keçiriləcək. 42 kiloqram çəki dərəcəsində finala yüksələcək güləşçilərin adları Fərrux Əliyev - Gulamdjon Abdullayev (Özbəkistan), Nəriman Əhmədov – Orxan Abbasov qarşılaşmasından sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə