Bu gün Bakıdakı "ABU Arena" İdman Kompleksində Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir başlayıb. Siasport.az saytının məlumatına görə, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələri üzrə keçirilən yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB