Şağan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə keçirilən Bakı şəhər açıq birinciliyi başa çatıb. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə dörd gün davam edən yarışda paytaxtın klub və cəmiyyətlərindən 600-yə yaxın cüdoçu müxtəlif çəki dərəcələrində mübarizə aparıb.
Yarışda Nazir Talıbov, Əmrah Səlimov, Rəşad Dünyamalıyev, Yaşar Nəcəfov, İsmayıl Temirzadə, Vüqar Abdullayev, Knyaz Mahmudov, Paşa Alıyev, Razim Yaqublu və Anar Ağayev birinci yerləri tutublar.
Qaliblərə BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB