"Kəpəz" daha 5 futbolçuya "qapını göstərdi"

"Kəpəz" daha 5 futbolçuya "qapını göstərdi"

"Kəpəz" qış fasiləsi zamanı təmizləmə siyasətini davam etdirir. Siasport.az saytının məlumatına görə, Gəncə klubu bu dəfə yerli futbolçulara qapını göstərib. Belə ki, baş məşqçi Mahmud Qurbanov Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadənin də xidmətindən imtina edib. Onlar komandadan uzaqlaşdırılıblar.

Qeyd edək ki, "Kəpəz" bundan öncə legioner futbolçular – İvan Radoş, Arsen Ondobo, Bujamin Asani və Yuri Fomenko ilə yollarını ayırmışdı. Bundan əlavə icarə müddəti başa çatan "Qarabağ" klubunun üzvləri - Emin İmaməliyev və Bəxtiyar Soltanov da bölgə klubu ilə əməkdaşlığa son qoyublar. //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə