Massimo Moratti Şneyderin "Qalatasaray"a transferi barədə danışdı

Massimo Moratti Şneyderin "Qalatasaray"a transferi barədə danışdı

İtaliyanın "İnter" futbol klubunun prezidenti Massimo Moratti hollandiyalı ulduz futbolçu Vesley Şneyderin İstanbulun "Qalatasaray" futbol klubuna transferi ilə bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "İnter"in prezidenti "Qalatasaray"ın onlara təklif etdiyi transfer şərtlərinin məqbul olduğunu deyərək, indi son sözün V.Şneyderdə olduğunu dilə gətirib. "Korierra Dello Sport" nəşrinə açıqlama verən klub prezidenti bildirib ki, əgər hollandiyalı futbolçu komandada qalmaq istəsə, bunu müsbət qarşılayacaqlar, əgər getməyi düşünürsə, o zaman komanda olaraq ona mane olmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə