Futbol üzrə İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, Madrid "Real"ı ilk qarşılaşmada 1:2 hesabı ilə məğlub olduğu aşağı Liqa təmsilçisi "Selta Viqo"nu, 4:0 hesabı ilə darmadağın edib. Bu nəticədən sonra Madrid təmsilçisi yarımfinala yüksəlib. Bu qarşılaşmada Kriştiyanu Ronaldo rəqib qapısından 3 top keçirib. "Sevilya" isə səfərdə 5:0 hesabı ilə darmadağın etdiyi "Malyorka" ilə cavab qarşılaşmasında 1:2 hesabı ilə məğlub olub. Buna baxmayaraq, "Sevilya" da Kral Kubokunda yarımfinala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB