"İnter" ilk transferini reallaşdırdı

"İnter" ilk transferini reallaşdırdı

Bir neçə gündən sonra Antalyaya yollanacaq "İnter" klubu ilk transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, komanda ukraynalı hücumçu Yuri Fomenko ilə müqavilə bağlayıb. Daha öncə "Kəpəz" klubunda çıxış etmiş futbolçu ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu karyerası ərzində Ukraynanın "MFK Nikolayev", "Stal"(Alçevsk), "Prikarpatye"(İvano-Frankovsk) və "Qelios"(Xarkov) klublarında çıxış edib. 2011-ci ildən "Kəpəz" klubunda forma geyinmiş forvard Azərbaycan Premyer Liqasında 50 dəfə meydana çıxıb və 14 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə