"Şəfa" stadionunda "İnter" klubu uşaq-gənclər futbol məktəbinin Yeni ildə ilk iclası keçirilib. Siasport.az saytının məlumatına görə, "İnter" futbol klubunun prezidenti Georgi Nikolov Yeni il münasibətilə iştirakçıları təbrik edib, onlara ötənilki nəticələri təkrarlamağı arzulayıb.
G.Nikolov uşaq-gənclər futbol məktəbinin fəaliyyətinin əhəmiyyətindən danışaraq bildirib ki, FİFA yaxın gələcəkdə bütün klubların heyətində minimum 5 yerli futbolçunun oynamasını zəruri sayan direktiv hazırlayıb. Qayda 2015-ci ildə qüvvəyə minəcək. Klub prezidenti qeyd edib ki, "İnter" uşaq-gənclər futbol məktəbinin əvəzedici heyət üçün daha çox futbolçu hazırlaması nəzərdə tutulub.
İclasda "İnter" uşaq-gənclər futbol məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin məşqçilərə məktəbin yaxın gələcək üçün planları haqqında məlumat verib.
Tədbirdə, həmçinin bəzi cari məsələlər də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB