Rəşad Sadiqov: "Komandada yorğunluq hiss olunurdu"

Rəşad Sadiqov: "Komandada yorğunluq hiss olunurdu"

"Neftçi" PFK qış fasiləsi hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, komandanın dünənki məşqi klubun bazasında baş tutub. Məşqdən sonra "Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov açıqlama verib: "Mövsümün birinci yarısı 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu. Bununla belə qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik. 11 yanvar tarixindən etibarən hazırlığımızı Türkiyədə davam etdirəcəyik. Məqsədimiz Premyer Liqanın qalibi olmaqdır. Bizi yalnız qızıl medallar qane edir".

Bütün xəbərlər Facebook səhifəmizdə