"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının ikinci dövrəsi üçün hazırlığa yanvarın 13-də start verəcək. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da hazırlaşacaq komanda bir neçə yoxlama görüşü keçirəcək. "Sumqayıt"ın fasilə ərəfəsində keçirəcəyi iki yoxlama oyunu müəyyənləşib. Belə ki, Bernhard Raabın komandası yanvarın 26-da "Rəvan", fevralın 2-də isə "Kəpəz"lə yoxlama oyununda üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB