Cavid Hüseynov, Rauf Əliyev və Kamran Ağayev "Bakı"nın hədəfindədir
"Bakı" futbol üzrə Azərbaycan yığmasının daha bir üzvünü heyətinə qata bilər. Siasport.az saytının məlumatına görə, bu barəbə klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib: "Cavid Hüseynov da bizim maraq dairəmizdədir. Eyni zamanda əlavə üç legioner futbolçu da alacağıq. Amma onların kimlər olacağına toplanış zamanı aydınlıq gələcək".
Qeyd edək ki, "zolaqlılar" yaxın bir-iki gündə "Qarabağ"ın forvardı Rauf Əliyev və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayevlə müqavilə bağlamağa hazırlaşır. Cavid isə hazırda Türkiyənin "Adana Demirspor" klubunda çıxış edir. //Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB