Türkiyənin "Denizlispor" klubunda daha bir azərbaycanlı futbolçu peyda ola bilər. Siasport.az saytının məlumatına görə, bu, Saşa Yunisoğludu. "Neftçi" ilə yollarını ayıran müdafiəçi hazırda özünə yeni klub axtarır. Onun karyerasını davam etdirmək ehtimalı olan klublardan biri də məhz "Denizlispor"dur.
"Hazırda 2-3 klubdan dəvət almışam. Amma ad çəkmək istəmirəm. Türkiyəyə getmək variantı da var. Lakin hələlik ailə vəziyyətimə görə ölkədə qalmağı üstün tuturam. Yaxın günlərdə karyeramı harda davam etdirəcəyim dəqiqləşəcək", - deyə futbolçu açıqlama verib.
Maraq üçün bildirək ki, "Denizlispor"da Rail Məlikovla Arif İsayev də çıxış edir. //Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB