Güləşçilər sabah başlayır

Xəbər verdiyimiz kimi, yanvarın 10-da ABU Arena İdman Kompleksində 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarış saat 10:00-da başlayacaq.
Qeyd edək ki, turnir iştirakçıları saat 09:00-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Yarışda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə