Bakının AZAL futbol klubu Elşən Məmmədovla bağlı qərarını açıqlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Vaqif Sadıqov millimizin sabiq üzvünün komandada qalmasına qərar verib. 32 yaşlı hücumçu 2011-ci ildən AZAL-da çıxış edir (23 oyun, 4 qol). Əvvəllər "İnter", "Standard", "Qarabağ", "Simurq" və "Muğan"da çıxış etmiş futbolçu 6 dəfə milli komandaya çağırılıb.
Qeyd edək ki, AZAL bundan əvvəl Aqil Nəbiyev, Yasin Abbasov, Etibar Şahmərdanov, Səbuhi Həsənov, Rəhman Musayev və Artur Patraşla yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB