DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda millimizlə birgə mübarizə aparan Şimali İrlandiya yığmasının öz meydanında keçirəcəyi iki oyunun başlanma vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Şimali İrlandiya millisinin martın 22-də Rusiya, martın 26-da isə İsrail yığması ilə qarşılaşmaları yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq. Hər iki oyun Belfast şəhərindəki "Windsor Park" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB