Qrupda son oyun

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda bu gün son oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, yığmamız Ukrayna komandası ilə qarşılaşacaq. Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 14:15-də başlayacaq.

Xatırladaq ki, ilk oyunda Litva komandasını 3:2 hesabı ilə məğlub edən yığmamız, ikinci qarşılaşmada çexiyalı həmyaşıdları ilə heç-heçə edib - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə