Dünən axşam futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, doğma meydanında "Eibar"la qarşılaşan "Malaqa" böyükhesablı qələbə qazanıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Malaqa" növbəti mərhələyə adlayıb. Digər bir qarşılaşmada isə "Osasuna" ilə "Valensiya" üz-üzə gəliblər. Olduqca dramatik keçən qarşılaşmada "yarasalar" rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. Qeyd edək ki, 1/8 final mərhələsinin qalan cavab oyunları bu axşam və sabah keçiriləcək.
8 yanvar
İspaniya Kral Kuboku, 1/8 final (cavab oyunları)
"Malaqa" - "Eibar" (İlk oyun - 1:1) - 4:1
Qollar: Arroyo, 12 (0:1), Dieqo, 74 (1:1), Fernandez, 76 (2:1), Portillo, 82 (3:1), Dieqo, 90 (4:1)
"Valensiya" - "Osasuna" (İlk oyun - 2:0) - 2:1
Qollar: Kosta, 34 (1:0), Llorente, 37 (1:1), Soldado, 90 (2:1)
9 yanvar
"Sevilya" - "Malyorka" (İlk oyun - 5:0)
"Real" (Madrid) - "Selta Viqo" (İlk oyun - 1:2)
"Saraqoza" - "Levante" (İlk oyun - 1:0)
10 yanvar
"Qetafe" - "Atletiko" (Madrid) (İlk oyun - 0:3)
"Barselona" - "Kordoba" (İlk oyun - 2:0)
"Betis" - "Las Palmas" (İlk oyun - 1:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB