İstanbulun "Qalatasaray" futbol klubu daha bir futbolçu ilə yollarını ayrımağa hazırlaşır. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimin heyətdə görmək istəmədiyi çexiyalı forvard Milan Baroş İtaliyaya yollana bilər. Belə ki, bu futbolçunun xidmətində A Seriyasının klublarından olan "Palermo" maraqlıdır. İtaliya klubu, komandadakı hücumçu problemini M.Baroşu transfer etməklə həll etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB